_______________ “ ____” __________ 2026-cı il
Bu Əməkdaşlıq haqqında Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən təsisçi fiziki şəxs Heydərli Kənan Seymur oğlu (VÖEN 6404722022), bundan sonra “Vasitəçi” adlandırılacaq, digər tərəfdən direktoru _______________ şəxsində təmsil olunan _______________, bundan sonra “Avtoyuma partnyoru” adlandırılaraq (həmçinin ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılmaqla) Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmışdır:
1.1. “Tətbiq” – Vasitəçiyə məxsus olan “MOYGO” adlı mobil tətbiq olub, avtoyuma mərkəzləri ilə istifadəçilər arasında əlaqənin yaradılması, avtoyuma xidmətlərinə dair məlumatların yerləşdirilməsi, əvvəlcədən sifarişlərin (booking) formalaşdırılması, ötürülməsi və idarə olunması üçün nəzərdə tutulmuş proqram-texniki və informasiya mühitidir. Tətbiq, Xidmətlərin birbaşa göstərilməsi məqsədi daşımır.
1.2. “İstifadəçi” – Vasitəçinin Tətbiqdən istifadə şərtlərini qəbul etmiş, Tətbiqdə qeydiyyatdan keçmiş və Tətbiq vasitəsilə avtoyuma mərkəzləri tərəfindən təqdim olunan xidmətlərdən istifadə etmək niyyətində olan və ya istifadə edən, mülki hüquq və fəaliyyət qabiliyyətinə malik fiziki şəxsdir.
1.3. “Avtoyuma partnyoru” – Tətbiq vasitəsilə xidmətlərini təklif edən, Administrasiya ilə müvafiq müqavilə bağlamış hər hansı bir avtoyuma məntəqəsi, nəqliyyat vasitələrinə texniki xidmət mərkəzi və ya bu qəbildən olan sahibkarlıq subyektinin idarəçisi (və ya mülkiyyətçisi), habelə həmin idarəçinin fəaliyyət göstərdiyi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
1.4. “Xidmətlər” – Avtoyuma partnyoru tərəfindən Tətbiq vasitəsilə İstifadəçilərə təqdim olunan, avtomobillərin yuyulması və onlarla əlaqəli digər xidmətlər, habelə bu xidmətlər çərçivəsində təqdim edilən əlavə işlər və ya mallardır.
1.5. “Komissiya” – İstifadəçilər tərəfindən Tətbiq vasitəsilə göndərilmiş Rezervasiya (sifariş) sorğularına görə Vasitəçinin xeyrinə tutulan məbləğdir.
1.6. “Şəxsi kabinet” – Tətbiqdə Avtoyuma partnyoru üçün yaradılmış və onun rekvizitləri, xidmət növləri, qiymətləri, iş qrafiki, qəbul edilən sifarişlər və digər əlaqəli məlumatların yerləşdirildiyi elektron idarəetmə mühitidir. Hər bir Avtoyuma partnyoru yalnız bir Şəxsi kabinetə malik olmaq hüququna malikdir.
1.7. “Rezervasiya (Sifariş)” – İstifadəçi tərəfindən Tətbiq vasitəsilə seçilmiş Avtoyuma partnyorunun təklif etdiyi xidmətlərdən konkret zaman kəsiyində (tarix və saatda) yararlanmaq məqsədilə tərtib olunan elektron müraciətdir.
2.1. Bu Müqaviləyə əsasən, Vasitəçi Tətbiq vasitəsilə Avtoyuma partnyorunun Xidmətlərinin onlayn rezervasiyasına imkanının yaradılmasını və sifarişlərin idarə olunmasını təmin edir. Avtoyuma partnyoru isə Xidmətləri bu Müqaviləyə uyğun olaraq göstərəcəyini və Tətbiqdən istifadə və Xidmətlərin göstərilməsində bu Müqavilənin şərtlərini pozmayacağını öz öhdəsinə götürür.
2.2. Vasitəçi Tətbiq üzərindən İstifadəçinin göndərdiyi Rezervasiya (sifariş) sorğuları üçün İstifadəçidə Komissiya alır. Avtoyuma partnyoru Tətbiqdən istifadə və İstifadəçiyə göstərilmiş Xidmətlərə görə Vasitəçiyə heç bir ödəniş etməyəcəkdir.
2.3. Sistem tərəfindən avtomatik yaradılmış sifarişlərlə bağlı İstifadəçi məlumatları sifariş tamamlandıqdan sonra 24 (iyirmi dörd) saat ərzində avtomatik olaraq silinir. Avtoyuma partnyorunun İstifadəçi məlumatlarına çıxışı yalnız həmin avtoyuma üzrə sifariş vermiş müştərilərin məlumatları ilə məhdudlaşır və partnyorun İstifadəçilərin ümumi məlumat bazasına çıxışı yoxdur.
2.4. Bu Müqavilədən irəli gələn bütün məxfilik məsələləri Vasitəçi tərəfindən Avtoyuma partnyoruna təqdim olunan və onun tərəfindən təsdiq edilən məxfilik siyasəti ilə tənzimlənəcəkdir.
3.1. Vasitəçinin öhdəlikləri
3.1.1. Vasitəçi Tətbiq vasitəsilə Avtoyuma partnyoru işçilərinə və idarəçilərinə onlayn rezervasiya imkanını təqdim edir və sifarişlərin düzgün idarə olunmasını təmin edir.
3.1.2. Vasitəçi Avtoyuma partnyorundan heç bir ödəniş almır.
3.1.3. Vasitəçi Tətbiqdə Avtoyuma partnyorunun təqdim etdiyi məlumatların məxfiliyini qoruyur və bu məlumatları üçüncü şəxslərə satmır və ya paylaşmır.
3.1.4. Vasitəçi platformanın fasiləsiz işləməsi və texniki dəstəyi ilə bağlı tədbirlər görür, İstifadəçilərin sifarişlərini düzgün yönləndirir, Avtoyuma partnyoru tərəfindən bildirilmiş Tətbiqlə bağlı hər hansı texniki nasazlıqların aradan qaldırılması üçün ağlabatan müddət ərzində tədbirlər görür.
3.2. Şirkətin öhdəlikləri
3.2.1. Avtoyuma partnyoru Tətbiq vasitəsilə təqdim etdiyi Xidmətləri İstifadəçilərə keyfiyyətli və vaxtında göstərməyi təmin edir, İstifadəçi ilə Xidmətlərin göstərilməsi barədə hər-hansı anlaşılmazlıqlara və mübahisələrə görə Vasitəçinin iştirakı olmadan, müstəqil şəkildə məsuliyyət daşıyır və onları həll edir
3.2.2. Avtoyuma partnyoru Tətbiqdə ona dair yerləşdirilən məlumatlarda dəyişiklik olduqda müvafiq məlumatları dərhal Vasitəçiyə təqdim edir. Yeni xidmətlərin əlavə edilməsi, ünvan və qiymət məlumatlarının yenilənməsi yalnız Administrasiyanın təsdiqi ilə həyata keçirilir; şifrə, ad-soyad və profil şəkli kimi fərdi məlumatlar isə partnyor tərəfindən istənilən vaxt müstəqil şəkildə dəyişdirilə bilər.
3.2.3. Avtoyuma partnyoru aşağıdakılar da daxil olmaqla, Tətbiqdə ona dair yerləşdirilən məlumatların tam və doğru olmasına cavabdehdir:
3.2.4. Avtoyuma partnyoru Tətbiqin fəaliyyətinə müdaxilə etmir və Vasitəçinin Tətbiqin mülkiyyətçisi və sərəncamçısı kimi hüquqlarına hörmət edir və onları pozmur.
3.2.5. Avtoyuma partnyorunun İstifadəçi məlumatlarına çıxışı yalnız Xidmətlərin effektiv göstərilməsi məqsədi üçün təmin edilir və Avtoyuma partnyorunun bu məlumatlardan Xidmətlərin göstərilməsindən başqa hər-hansı məqsəd üçün istifadə etməsi, həmçinin üçüncü şəxslərə istənilən formada ötürməsi qadağandır.
3.2.6. Avtoyuma partnyoru razılaşır ki, müqavilənin qüvvədə olduğu müddətdə və sonrasında Tətbiq, onun bütün funksionallığı və Tətbiq üzərindən əldə olunmuş bütün İstifadəçi məlumatları Vasitəçiyə məxsusdur və əməkdaşlıq başa çatdıqdan sonra Avtoyuma partnyoru bunlardan heç birindən istifadə etmək hüququna malik deyil.
3.3. Vasitəçi İstifadəçilərlə Avtoyuma partnyoru arasında yaranmış kommunikasiya və əlaqə problemlərinə görə məsuliyyət daşımır. Avtoyuma partnyoru Xidmətlərin göstərilməsi və bununla bağlı istənilən digər məsələlər üçün İstifadəçilərlə şəxsən əlaqə saxlamalıdır.
3.4. Vasitəçi Komissiyanı müstəqil qaydada müəyyən edir və Avtoyuma partnyorunun Komissiyaya müdaxilə etmək, onun artırıb-azaldılmasını təklif etmək hüququ yoxdur.
4.1. Tətbiq vasitəsilə həyata keçirilən hər bir rezervasiya üzrə Vasitəçi birbaşa İstifadəçidən 1 (bir) manat məbləğində komissiya tutur. Avtoyuma partnyorunun Vasitəçi qarşısında pul öhdəliyi yoxdur.
4.2. Avtoyuma partnyoru İstifadəçilərə göstərdiyi Xidmətlərə görə müstəqil qaydada xidmət haqqının məbləğini müəyyən edir və onun alınmasını təmin edir. İstifadəçilər tərəfindən Xidmətlərə görə haqqın ödənilməməsi və ya bununla bağlı yaranmış istənilən digər mübahisələrə görə Vasitəçi məsuliyyət daşımır.
5.1. İstifadəçi Avtoyuma partnyoru tərəfindən Rezervasiya (sifariş) qəbul edilməyənədək Rezervasiyanı (sifarişi) ləğv edə bilər.
5.2. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən ləğv edildikdə Vasitəçi tərəfindən tutulmuş komissiya dərhal İstifadəçinin balansına qaytarılır.
5.3. Vasitəçi Rezervasiyanın (sifarişi) ləğvi və ya Avtoyuma partnyorunun xidmətdən imtina etməsi nəticəsində Avtoyuma partnyoruna və ya İstifadəçiyə dəyən birbaşa və dolayı zərərə görə məsuliyyət daşımır.
5.4. Avtoyuma partnyoru Xidmətlərin göstərilməsindən imtina edərsə, Vasitəçi tərəfindən tutulmuş komissiya dərhal İstifadəçinin balansına qaytarılır.
5.5. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən qəbul edildikdən sonra hər hansı səbəbdən ləğv edilərsə, partnyorun reytinqi avtomatik olaraq 0.5 (yarım) bal azaldılır.
5.6. Avtoyuma partnyoru Rezervasiyanı (sifarişi) icra etmədən, yəni əsassız olaraq "tamamlanmış" kimi qeyd edərsə və Rezervasiyanın (sifarişin) faktiki olaraq yerinə yetirilmədiyi sübut olunarsa, aşağıdakı tədbirlər görülür:
5.7. İstifadəçi tərəfindən göndərilən Rezervasiya (sifariş) sorğusu Avtoyuma partnyoru tərəfindən Tətbiq üzərindən təsdiq edildiyi andan qəbul edilmiş hesab olunur.
5.8. Avtoyuma partnyoru daxil olan Rezervasiya (sifariş) sorğusuna 5 (beş) dəqiqə ərzində baxmalı və müvafiq qərarı (təsdiq və ya imtina) bildirməlidir. Müəyyən olunmuş vaxt ərzində cavablandırılmayan sorğular sistem tərəfindən avtomatik ləğv edilə bilər.
5.9. Rezervasiya (sifariş) təsdiqləndikdən sonra Avtoyuma partnyoru İstifadəçini təyin olunmuş vaxtda qəbul etməyi, İstifadəçi isə həmin vaxtda xidmət yerində olmağı öhdəsinə götürür.
5.10. Avtoyuma partnyoru Tətbiqdə nümayiş olunan bütün Xidmətlərin mövcudluğunu təmin etmək üçün bütün səyləri göstərməyi, həmçinin Xidmətlərin Tətbiqdə nümayiş olunan təsvirlərə, qiymətlərə və Müştərinin Rezervasiyasına (sifarişinə) tam uyğun olmasını təmin etməyi öhdəsinə götürür.
5.11. Avtoyuma partnyoru Xidmətlərin lazımi qaydada, yüksək keyfiyyətlə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, habelə sanitar-gigiyenik və texniki təhlükəsizlik normalarının tələblərinə uyğun şəkildə göstərilməsinə görə birbaşa məsuliyyət daşıyır.
5.12. Avtoyuma partnyoru Müştərinin Rezervasiya (sifariş) zamanı qeyd etdiyi xüsusi təlimatları və əlavə tələbləri (əgər bu tələblər Tətbiqdə təklif olunan xidmət çərçivəsindədirsə) yerinə yetirmək üçün bütün zəruri səyləri göstərməlidir.
5.13. Müştəri, avtoyuma məntəqəsində aldığı Xidmətlərin ödənişini birbaşa Avtoyuma partnyoruna həyata keçirir. Administrasiya belə xidmət haqqının qəbulunda iştirak etmir.
Vasitəçi Xidmətlərdən istifadə və onların faktiki icrası ilə bağlı müraciətləri araşdırarkən aşağıdakı vasitələrdən istifadə edə bilər:
7.1. Avtoyuma partnyoru istənilən vaxt Şəxsi kabinetini dəstək vasitəsi ilə müraciət edərək silə bilər . Şəxsi kabinet silindikdən sonra Avtoyuma partnyoru Tətbiqdən və onun digər heç bir funksionallığından istifadə edə bilməz. Şəxsi kabinetin silinməsi ilə həmçinin bu kabinetə bağlı olan sifarişlər, rəylər və digər məlumatlar silinəcəkdir. Şəxsi kabinet hər dəfə yenidən yaradılmalıdır – silinmiş kabinetin bərpa edilməsi mümkün deyil.
7.2. Vasitəçi aşağıdakı hallarda Şəxsi kabinetin silinməsini bloklaya və ya gecikdirə bilər:
7.3. Avtoyuma partnyoru tərəfindən göstərilən Xidmətlər barədə İstifadəçilərdən daxil olan şikayətlər mütəmadi xarakter daşıdıqda, Administrasiya Avtoyuma partnyorunun Tətbiqdən istifadəsini müvəqqəti və ya daimi olaraq məhdudlaşdırmaq hüququna malikdir. Əgər Avtoyuma partnyoru 24 (iyirmi dörd) saat ərzində 3 (üç) Rezervasiyanı (sifarişi) ləğv edərsə və ya həmin Rezervasiyalar (sifarişlər) Avtoyuma partnyorunun fəaliyyətsizliyi səbəbindən sistem tərəfindən avtomatik ləğv olunarsa, Avtoyuma partnyorunun statusu avtomatik olaraq Oflayn rejiminə keçirilir. Oflayn rejimdə olan Avtoyuma partnyoru xəritədə və axtarış nəticələrində əks olunmur. Avtoyuma partnyoru fəaliyyətini bərpa etmək üçün Tətbiq üzərindən əl ilə (manual) Onlayn rejiminə keçid etməlidir.
Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və Avtoyuma Partnyoru tərəfindən Şəxsi kabinetin silinməsinə qədər qüvvədə qalır.
9.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər Vasitəçi tərəfindən birtərəfli qaydada, Avtoyuma partnyoruna əvvəlcədən məlumat verilməklə həyata keçirilir. Dəyişikliklərlər razılaşmayan Avtoyuma partnyorları Tətbiqdən istifadəni dayandırmaqda və Şəxsi kabinetlərini silməkdə haqlıdırlar.
9.2. Avtoyuma partnyorları tərəfindən istənilən səbəbdən Şəxsi kabinetlərinin silinməsi bu Müqaviləyə Avtoyuma partnyorları tərəfindən xitam vermə hesab olunur. Vasitəçi zəruri hesab etdiyi hallarda Avtoyuma partnyorunun Şəxsi kabinetinin silinməsindən müvəqqəti olaraq imtina edə bilər.
9.3. Avtoyuma partnyorları tərəfindən bu Müqavilə kobud şəkildə pozulduqda Vasitəçi bu Müqaviləyə birtərəfli qaydada xitam verə və bu pozuntuya görə ona dəymiş istənilən zərərləri Avtoyuma partnyorundan tələb edə bilər.
10.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.
10.2. Tərəflər arasında yaranmış mübahisələr 10.1-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq.
11.1. Tərəflər razılaşırlar ki, bu Müqavilədə hər hansı başqa şərtin müəyyən edilməsindən asılı olmayaraq, Vasitəçinin məsuliyyəti Xidmət haqqı ilə məhdudlaşır və Vasitəçi heç bir halda Avtoyuma partnyoru qarşısında dolayı zərərlərə və əldən çıxmış faydaya görə məsuliyyət daşımır.
11.2. Avtoyuma partnyoru özünün hazırkı Müqavilə üzrə hər hansı hüquq və/və ya öhdəliklərini Vasitəçinin əvvəlcədən alınmış yazılı icazəsi olmadan hər hansı üçüncü tərəfə güzəşt edə bilməz.
11.3. Bütün bildirişlər Tətbiq vasitəsilə Avtoyuma partnyoruna ötürüləcəkdir. Bildirişin verilməsi barədə Avtoyuma partnyoru əlavə vasitələrlə də, məsələn tətbiq bildirişi və ya SMS-lə məlumatlandırıla bilər
11.4. Müqavilənin hər hansı bir müddəası və ya onun hər hansı bir şəxs və yaxud vəziyyət üzrə tətbiqi etibarsız və yaxud icra edilə bilməyən sayılarsa, bu hal sözü gedən müddəalardan başqa Müqavilənin digər müddəaları və belə müddəaların hər hansı şəxslər və ya şərait üzrə tətbiqinə təsir göstərmir və Müqavilənin hər bir müddəası qanunvericiliyə əsasən yol verilən həddə etibarlı və icra edilə bilən sayılır.
11.5. Hazırkı Müqavilə üzrə Vasitəçinin hüquqlarından, hüquq-müdafiə vasitələrindən, mülahizəsindən, səlahiyyətlərindən və ya digər hüquqlarından istifadə etməməsi və ya istifadə etməkdə gecikməsi Vasitəçinin sözügedən və ya hər hansı digər hüquqlarından imtina etməsi və yaxud onların məhdudlaşması hesab edilmir. Belə hüquqlardan tam və ya qismən istifadə, onlardan əlavə olaraq və ya gələcəkdə istifadə edilməsinə məhdudiyyət qoymur. Belə hüquqlardan imtina bu Müqavilə üzrə digər hüquqlardan imtina kimi hesab olunmur. Hazırkı Müqavilə üzrə hüquqlardan imtina və ya razılıqlar yazılı şəkildə olmalıdır.
11.6. Avtoyuma partnyoru Tətbiqdə Şəxsi kabinet yaratmaqla bu Müqaviləni oxuduğunu, anladığını və qeyd-şərtsiz qəbul etdiyini təsdiq edir.