1.1. Hazırkı Məxfilik Siyasəti MOYGO tətbiqinin İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsidir.
1.2. Əlaqə: kheyderli282@gmail.com / +994 10 417 24 95
Ərazi: Azərbaycan Respublikası (xidmət yalnız Azərbaycanda istifadə üçün nəzərdə tutulub)
1.3. Hazırkı Məxfilik Siyasəti İstifadəçilərin fərdi məlumatlarının toplanılması və işlənilməsi qaydalarını, həmçinin fərdi məlumatların məxfilik rejimini və qorunması qaydalarını müəyyən edir. İstifadəçilərdən toplanan məlumatlar Azərbaycan Respublikasının “Fərdi Məlumatlar haqqında” Qanununa uyğun olaraq, İstifadəçilərin açıq razılığı əsasında toplanılır və işlənilir.
İstifadəçilərin Qanuna uyğun olaraq:
İstifadəçi fərdi məlumatlarının işlənməsinə qadağa qoyulmasını tələb etdiyi zaman Tətbiqdən istifadənin tam və ya qismən məhdudlaşdırıla biləcəyini başa düşür və qəbul edir.
Bu hüquqların həyata keçirilməsi üçün İstifadəçi tətbiqdaxili “Dəstək” bölməsi vasitəsilə Administrasiyaya müraciət edə bilər. Müraciətlər qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə nəzərdən keçirilir.
1.4. İstifadəçilərin şəxsi məlumat bazası Administrasiyanın ünvanı üzrə yerləşir.
1.5. Şəxsi məlumatlar Bazasının sərəncamçısı Administrasiyadır.
1.6. İstifadəçi Tətbiqə özü haqqında fərdi məlumatların və istənilən başqa informasiyanın verilməsi barədə sərbəst və könüllü qərar qəbul edir, habelə bu məlumatların Administrasiya tərəfindən saxlanılmasına, işlənməsinə və yalnız Tətbiqin texniki fəaliyyətinin təmin edilməsi məqsədilə Administrasiyanın tapşırığı ilə fəaliyyət göstərən texniki xidmət təminatçılarına (məsələn, Firebase, Epoint və oxşar infrastrukturlar) ötürülməsinə öz razılığını bildirir.
1.7. Fərd məlumatların işlənməsinin məqsədləri, o cümlədən, aşağıdakılardır:
1.7.1. Tətbiqin, onun xidmətlərinin fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;
1.7.2. Göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;
1.7.3. Tətbiq və avtoyuma partnyorları tərəfindən təqdim olunan yeni imkanlar, aksiyalar və digər məlumatlar barədə İstifadəçilərin məlumatlandırılması.
1.7.4. İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qabağının alınması;
1.7.5. Qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təmin olunması.
1.8. Tətbiq İstifadəçilər haqqında aşağıdakı məlumatları toplayır:
1.8.1. Tətbiqdən istifadə zamanı İstifadəçi tərəfindən birbaşa daxil edilən və ya texniki üsullarla toplanan məlumatlara aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: ad, soyad, doğum tarixi (yaş), telefon nömrəsi, profil şəkli, GPS məlumatları, ödəniş məlumatları, eləcə də avtomobil nömrəsinin son üç rəqəmi və avtomobilin rəngi daxildir.
İstəyə bağlı məzmun: reytinqlər/rəylər; yüklənmiş fotolar.
Tətbiq icazələri
İcazələr tətbiq daxilində soruşulur və əməliyyat sisteminin ayarlarından dəyişdirilə bilər.
1.8.2. İstifadəçi təqdim etdiyi bütün məlumatların dəqiqliyinə, həqiqiliyinə və qanuniliyinə görə şəxsən məsuliyyət daşıyır. Tətbiq bu məlumatların emalını yalnız Xidmətin göstərilməsi (o cümlədən epoint vasitəsilə ödənişlərin icrası və Firebase vasitəsilə bildirişlərin göndərilməsi) məqsədilə həyata keçirir.
1.8.3. Tətbiq İstifadəçinin şəxsi məlumatlarını qeyri-qanuni müdaxilələrdən qorumaq üçün ağlabatan texniki tədbirlər görsə də, İstifadəçi öz profil məlumatlarını və giriş şifrələrini üçüncü şəxslərə ötürməməli və platformadan istifadə zamanı daxil etdiyi informasiyanın açıqlanmasından irəli gələn riskləri qəbul etməlidir.
1.9. Tətbiq, həmçinin də Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü, məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, həmçinin də cinsi həyata aid olan məlumatları toplamır və işləmir.
1.10. Ərazi barədə bildiriş
Tətbiq və onun xidmətləri yalnız Azərbaycan Respublikasında təklif olunur. Azərbaycan xaricində yerləşən istifadəçilər Xidmətlərdən istifadə etməməlidir.
1.11. Xidmətlər hüquqi olaraq müqavilə bağlaya bilən şəxslər üçün nəzərdə tutulub (adətən 18 yaş və yuxarı). Valideyn və ya qanuni qəyyum azyaşlının təqdim etdiyi fərdi məlumatların silinməsini tələb edə bilər. Bu məqsədlə valideyn/qəyyum Tətbiqdaxili “Dəstək” bölməsi vasitəsilə Administrasiyaya müraciət edə bilər.
1.12. Administrasiya İstifadəçinin belə icazəni verdiyi, həmçinin də bu Razılaşma ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxslərə İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir fərdi və ya başqa məlumatları vermir.
1.13. Bu Razılaşmanın tələblərinə uyğun olaraq Administrasiya bəzi hallarda fərdi məlumatların emalını yalnız Tətbiqlə əməkdaşlıq edən və texniki xidmət göstərən üçüncü tərəflərə (o cümlədən bulud infrastrukturu, bildiriş, analitika və ödəniş xidmətləri təminatçılarına) həvalə edə bilər. Bu üçüncü tərəflər məlumatlardan yalnız göstərilən xidmətlərin icrası məqsədilə istifadə edir və onları başqa məqsədlər üçün ötürmək və ya paylaşmaq hüququna malik deyildir.
1.14. Administrasiya Tətbiqdən istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş istənilən məlumatları, o cümlədən fərdi məlumatları satmır və ya icarəyə vermir.
1.15. Tətbiqin İstifadəçisi onun Tətbiqdən istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
1.16. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
1.17. Tətbiq və Administrasiya İstifadəçinin fərdi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli ölçüləri qəbul edir.
1.18. Tətbiq tərəfindən toplanmış və işlənilmiş bütün fərdi məlumatlar kənar müdaxilələrdən qorunan, müasir şifrləmə standartlarına malik təhlükəsiz serverlərdə (Firebase və s.) saxlanılır. Bu məlumatlara giriş yalnız korporativ şəbəkə daxilində və məhdud icazə əsasında həyata keçirilir.
1.19. Administrasiyanın İstifadəçilərin şəxsi və digər məlumatlarına giriş səlahiyyəti olan bütün əməkdaşları fərdi məlumatların gizliliyinin qorunması və üçüncü şəxslərə yayılmaması barədə hüquqi öhdəlik (NDA) imzalamışdırlar.
1.20. Administrasiya məlumatların təhlükəsizliyini təmin etmək üçün proqram təminatı və infrastruktur səviyyəsində bütün zəruri təhlükəsizlik protokollarını tətbiq edir, lakin müasir kiber-təhdidlərin mürəkkəbliyini nəzərə alaraq, məlumatların mütləq toxunulmazlığına dair tam zəmanət vermir və bu istiqamətdə risklərin minimuma endirilməsi üçün daimi monitorinq həyata keçirir.
1.21. İstifadəçilərə aid fərdi məlumatlar istifadəçi hesabı aktiv olduğu müddət ərzində saxlanılır və yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün istifadə olunur. İstifadəçi hesabını sildikdə və ya fərdi məlumatlarının silinməsini tələb etdikdə, müvafiq məlumatlar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ağlabatan müddət ərzində silinir və ya anonimləşdirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda məlumatlar daha uzun müddət saxlanıla bilər.
2.1. Tətbiq İstifadəçinin təcrübəsini təkmilləşdirmək, sessiyaların davamlılığını təmin etmək və tətbiqin fəaliyyətini analiz etmək məqsədilə ənənəvi brauzer kukiləri (Cookies) əvəzinə cihazda lokal olaraq saxlanılan texniki identifikatorlardan, dil seçimi və tətbiqdaxili fərdi nizamlamalardan istifadə edir. Bu məlumatlar SharedPreferences / Local Storage kimi lokal yaddaş mexanizmlərində saxlanılır və üçüncü tərəflərlə paylaşılmır.
2.2. Administrasiya tətbiqdaxili bildirişlərin (Push Notifications) effektivliyini ölçmək üçün kiçik elektron fayllardan (veb-mayaklar) istifadə edə bilər. Bu texnologiya vasitəsilə mesajın açılıb-açılmaması və ya hansı linklərə kliklənməsi barədə anonim statistik məlumatlar toplanılır.
2.3. Tətbiq öz funksionallığını və təhlükəsizliyini təmin etmək məqsədilə tətbiqin çökmə hesabatları (Crashlytics), istifadəçi analitikası və anlıq bildirişlərin çatdırılması üçün Firebase (Google) texnologiyalarından, həmçinin ödəniş sessiyalarının yüksək səviyyədə qorunmasını təmin edən tokenləşdirmə həlləri üçün Epoint infrastrukturundan istifadə edir.
2.4. İstifadəçi cihazın sazlamalar bölməsindən tətbiqin geolokasiya, kamera və bildiriş icazələrini istədiyi vaxt ləğv edə bilər. Lakin nəzərə alınmalıdır ki, lokal yaddaş fayllarının və ya zəruri identifikatorların bloklanması Tətbiqin bəzi funksiyalarının (məsələn, avtomatik giriş və ya sifariş təsdiqi) düzgün işləməməsinə səbəb ola bilər.
2.5. Bu texnologiyalar vasitəsilə toplanan məlumatlar heç bir halda üçüncü tərəflərə satılmır və yalnız Tətbiqin daxili xidmət keyfiyyətinin artırılması üçün istifadə olunur.
3.1. Administrasiya Məxfilik Siyasətinə istənilən zaman birtərəfli qaydada dəyişikliklər edə bilər. əhəmiyyətli dəyişikliklər tətbiq/Admin Panel vasitəsilə bildiriləcək.
3.2. Əgər İstifadəçi edilmiş dəyişikliklərlə razı deyilsə, o Tətbiqdən istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Tətbiqdən istifadə etməyə davam edirsə, o bütün dəyişiklikləri qəbul etmiş hesab olunur.
1.1. İstifadəçi seçilmiş Avtoyuma partnyoru tərəfindən Rezervasiya (sifariş) təsdiqlənənə (qəbul edilənə) qədər istənilən vaxt Rezervasiyanı (sifarişi) birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Bu halda Rezervasiya (sifariş) üzrə İstifadəçidən tutulmuş komissiya haqqı dərhal və tam həcmdə İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır.
1.2. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən qəbul edildikdən sonra İstifadəçi tərəfindən Tətbiq vasitəsilə ləğv edildiyi halda, sifariş üzrə tutulmuş komissiya geri qaytarılmır.
1.3. Xidmətin göstərilmə vaxtına az qalmış (xidmətin başlanmasına qalan müddətdən asılı olmayaraq) Rezervasiya (sifariş) İstifadəçi tərəfindən ləğv edildikdə, komissiya haqqı geri qaytarılmır.
1.4. Aşağıdakı hallarda 1 (bir) AZN məbləğində komissiya dərhal və avtomatik qaydada İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır:
1.5. Avtoyuma partnyoru tərəfindən xidmətin göstərilməməsi, göstərilməsindən imtina edilməsi, gecikdirilməsi və ya xidmətin faktiki olaraq mümkün olmaması hallarında İstifadəçi Tətbiq vasitəsilə ilə Dəstək Xidmətinə (Support) müraciət etməlidir. Müraciətə əlavə edilmiş sübutlar (foto, yazışma, vaxt qeydləri və s.) araşdırıldıqdan və kifayət hesab edildikdən sonra komissiya məbləği İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır.
1.6. Geri qaytarılan komissiya məbləği yalnız İstifadəçinin Tətbiqdəki balansına köçürülür və nağdlaşdırılması (withdrawal) mümkün deyil. Həmin məbləğ yalnız gələcək Rezervasiyaların (sifarişlərin) rəsmiləşdirilməsi məqsədilə istifadə oluna bilər.