1.1. İstifadəçi seçilmiş Avtoyuma partnyoru tərəfindən Rezervasiya (sifariş) təsdiqlənənə (qəbul edilənə) qədər istənilən vaxt Rezervasiyanı (sifarişi) birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Bu halda Rezervasiya (sifariş) üzrə İstifadəçidən tutulmuş komissiya haqqı dərhal və tam həcmdə İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır.
1.2. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən qəbul edildikdən sonra İstifadəçi tərəfindən Tətbiq vasitəsilə ləğv edildiyi halda, sifariş üzrə tutulmuş komissiya geri qaytarılmır.
1.3. Xidmətin göstərilmə vaxtına az qalmış (xidmətin başlanmasına qalan müddətdən asılı olmayaraq) Rezervasiya (sifariş) İstifadəçi tərəfindən ləğv edildikdə, komissiya haqqı geri qaytarılmır.
1.4. Aşağıdakı hallarda 1 (bir) AZN məbləğində komissiya dərhal və avtomatik qaydada İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır:
1.4.1. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən qəbul edilmədikdə;
1.4.2. Rezervasiya (sifariş) daxil olduqdan sonra 5 (beş) dəqiqə ərzində Avtoyuma partnyoru tərəfindən cavablandırılmadıqda;
1.4.3. Rezervasiya (sifariş) təsdiqləndikdən sonra Avtoyuma partnyoru tərəfindən hər hansı səbəbdən ləğv edildikdə.
1.5. Avtoyuma partnyoru tərəfindən xidmətin göstərilməməsi, göstərilməsindən imtina edilməsi, gecikdirilməsi və ya xidmətin faktiki olaraq mümkün olmaması hallarında İstifadəçi Tətbiq vasitəsilə ilə Dəstək Xidmətinə (Support) müraciət etməlidir. Müraciətə əlavə edilmiş sübutlar (foto, yazışma, vaxt qeydləri və s.) araşdırıldıqdan və kifayət hesab edildikdən sonra komissiya məbləği İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır.
1.6. Geri qaytarılan komissiya məbləği yalnız İstifadəçinin Tətbiqdəki balansına köçürülür və nağdlaşdırılması (withdrawal) mümkün deyil. Həmin məbləğ yalnız gələcək Rezervasiyaların (sifarişlərin) rəsmiləşdirilməsi məqsədilə istifadə oluna bilər.