1.1. Bu İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma”) MOYGO Tətbiqinin İstifadəçiləri tərəfindən Tətbiqdən istifadə şərtlərini müəyyən edir.
1.2. Bu Razılaşmanın məqsədləri üçün aşağıda göstərilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. Tətbiq – Administrasiyaya məxsus olan “MOYGO” adlı mobil tətbiq olub, avtoyuma mərkəzləri ilə istifadəçilər arasında əlaqənin yaradılması, avtoyuma xidmətlərinə dair məlumatların yerləşdirilməsi, əvvəlcədən sifarişlərin formalaşdırılması (booking), ötürülməsi və idarə olunması üçün nəzərdə tutulmuş proqram-texniki və informasiya mühitidir. Tətbiq, Xidmətlərin birbaşa göstərilməsi məqsədi daşımır.
1.2.2. Administrasiya – Tətbiqin inzibatçılığını həyata keçirən fiziki şəxs Heydərli Kənan Seymur oğlu (VÖEN 6404722022). Tətbiqə dair bütün mülkiyyət hüquqları müstəsna olaraq Heydərli Kənan Seymur oğluna məxsusdur.
1.2.3. İstifadəçi – Bu Razılaşmanın şərtlərini qəbul etmiş, Tətbiqdə qeydiyyatdan keçmiş və Tətbiq vasitəsilə avtoyuma mərkəzləri tərəfindən təqdim olunan xidmətlərdən istifadə etmək niyyətində olan və ya istifadə edən, tam mülki hüquq və fəaliyyət qabiliyyətinə malik fiziki şəxsdir.
1.2.4. Şəxsi kabinet – İstifadəçinin fərdi məlumatlarının yerləşdiyi, tənzimləmələri idarə edə bildiyi və Tətbiqin imkanlarından istifadə etməyə şərait yaradan fərdi istifadəçi panelidir. Hər bir İstifadəçi yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
1.2.5. Tətbiqdən istifadə zamanı İstifadəçi tərəfindən birbaşa daxil edilən və ya texniki üsullarla toplanan məlumatlara aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: ad, soyad, doğum tarixi (yaş), telefon nömrəsi, profil şəkli, GPS məlumatları, ödəniş məlumatları, eləcə də avtomobil nömrəsinin son üç rəqəmi və avtomobilin rəngi daxildir. İstəyə bağlı məzmun: reytinqlər/rəylər; yüklənmiş fotolar.
1.2.6. İnformasiya – Tətbiqdə İstifadəçi, Avtoyuma və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumatlar məcmusudur.
1.2.7. Razılaşmanın Tərəfləri – Administrasiya və İstifadəçidir.
1.2.8. Avtoyuma partnyoru – Tətbiq vasitəsilə xidmətlərini təklif edən, Administrasiya ilə müvafiq müqavilə bağlamış hər hansı bir avtoyuma məntəqəsi, nəqliyyat vasitələrinə texniki xidmət mərkəzi və ya bu qəbildən olan sahibkarlıq subyektinin idarəçisi (və ya mülkiyyətçisi), habelə həmin idarəçinin fəaliyyət göstərdiyi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
1.2.9. Müştəri – Tətbiq vasitəsilə Avtoyuma partnyorunun təklif etdiyi xidmətlərdən yararlanmaq üçün rezervasiya (sifariş) rəsmiləşdirən və bu çərçivədə Avtoyuma ilə xidmət göstərilməsinə dair müqavilə münasibətlərinə daxil olan hər hansı bir İstifadəçidir.
1.2.10. Rezervasiya (Sifariş) – İstifadəçi tərəfindən Tətbiq vasitəsilə seçilmiş Avtoyuma partnyorunun təklif etdiyi xidmətlərdən konkret zaman kəsiyində (tarix və saatda) yararlanmaq məqsədilə tərtib olunan elektron müraciətdir.
1.2.11. Xidmətlər – Avtoyuma partnyoru tərəfindən Tətbiq vasitəsilə İstifadəçilərə təklif olunan, nəqliyyat vasitələrinin yuyulması və kimyəvi təmizlənməsi və bu qəbildən olan digər qulluq xidmətlərinin məcmusudur. Xidmətlər anlayışına həmçinin Avtoyuma partnyorunun öz fəaliyyəti çərçivəsində təqdim etdiyi və Rezervasiya (Sifariş) vasitəsilə əldə edilə bilən hər növ mal və ya işlər daxildir.
1.3. Bu Razılaşmada istifadə olunan və Razılaşmanın 1.2-ci bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, Razılaşmanın mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. Razılaşmada istifadə edilən terminin və ya anlayışların izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən ağlabatan izahetmə tətbiq ediləcəkdir.
1.4. Tətbiqdən və onun məzmunundan istifadə bu Razılaşma və qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənir.
1.5. Bu Razılaşma tərəflərin bilavasitə razılaşdırdıqları şərtlər olub etimad və vicdanlılıq prinsiplərinə zidd olmadan Tətbiqdə Şəxsi Kabinet yaratdığı anda İstifadəçi tərəfindən oxunmuş və təsdiqlənmiş hesab olunur. Bu Razılaşma ilə tanış olmadan və şərtlərini qəbul etmədən Tətbiqdən istifadə olunmamalıdır. Bu Razılaşma tərəflər arasında Tətbiqdən istifadə ilə bağlı yeganə və tam razılaşmanı təşkil edir.
1.6. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir. Belə dəyişikliklər barədə İstifadəçi Tətbiqdən dəyişikliklərdən sonrakı ilk istifadə vaxtı məlumatlandırılırlar.
1.7. İstifadəçinin bu Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o, Tətbiqə girişdən imtina etməli, Tətbiqdən istifadə etməsini dayandırmalıdır. Tətbiqdən istifadəyə davam etmə bu Razılaşmaya və ya ona edilən hər-hansı dəyişikliklərə razılıq hesab olunur.
1.8. Administrasiya tərəfindən təqdim edilən Tətbiq, İstifadəçilərin Avtoyuma partnyorları ilə onlayn rezervasiya etməsinə şərait yaradan əlaqələndirici platformadır. Ayrı xidmətlərin göstərilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
1.9. İstifadəçi qəbul edir ki, Tətbiqin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi razılaşır ki, Administrasiya belə reklamlarla əlaqədar hər hansı məsuliyyəti daşımır və öhdəlikləri yoxdur.
1.10. Tətbiqdə qeydiyyat könüllüdür. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
1.11. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi telefon nömrəsi və parolu vasitəsilə həyata keçirilən bütün hərəkətlərə, həmçinin Şəxsi kabinetində yerinə yetirilən əməliyyatlara görə məsuliyyət daşıyır. İstifadəçi Tətbiqdən yalnız öz şəxsi telefon nömrəsi və parolu vasitəsilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma ilə bağlı şübhə yaranarsa, İstifadəçi öz parolunu dərhal dəyişməyi öhdəsinə götürür.
1.12. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki həllərdən istifadə etməkdə haqlıdır.
1.13. İstifadəçi tərəfindən bu Razılaşmanın şərtlərinin, başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin oxşar başqa səbəblərdən Administrasiya İstifadəçinin girişini məhdudlaşdırmaq hüququna malikdir.
1.14. Tətbiqə girişi məhdudlaşdırılmış və ya məlumatları etibarsız hesab edilmiş İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Tətbiqə giriş və ondan istifadə üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından və ya Şəxsi kabinetindən istifadə etmək hüquqlarına malik deyildir.
2.1. Administrasiya, Şəxsi kabinet yaratmış hər bir İstifadəçiyə Tətbiq vasitəsilə Avtoyuma partnyorunun Xidmətlərini rezervasiya etmək və təklif olunan digər imkanlardan yararlanmaq hüququ verir.
2.2. İstifadəçi bu Razılaşmanın, yerli qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən, o cümlədən mülki, inzibati, cinayət və/və ya əlaqəli hüquqlar sahəsində, həmçinin Tətbiqin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri etməməyə razılaşır.
2.3. Tətbiq vasitəsilə təklif olunan Xidmətlərin göstərilməsinə dair bütün müqavilələr və ya razılaşmalar birbaşa İstifadəçi ilə Avtoyuma partnyoru arasında bağlanılır. Administrasiya bu münasibətlərdə tərəf deyil, yalnız tərəfləri bir araya gətirən texniki vasitəçi (platforma) qismində çıxış edir. Administrasiya Xidmətlərin icrasına dair birbaşa göstəriş vermir, yalnız onların onlayn rezervasiya edilməsi üçün texniki imkan yaradır. Avtoyuma partnyoru tərəfindən göstərilən Xidmətlərin keyfiyyətinə, vaxtında icrasına və ya yaranmış hər hansı digər mübahisələrə görə Administrasiya məsuliyyət daşımır.
2.4. İstifadəçi, göstərilən Xidmətlə bağlı Tətbiq vasitəsilə rəy bildirə və ya şikayət edə bilər. Xidmətin keyfiyyəti ilə bağlı şikayətlər Xidmət göstərildiyi andan etibarən 24 saat ərzində təqdim olunmalıdır. Şikayət və iradlar əsaslandırıldığı və sübuta yetirildiyi təqdirdə, Administrasiya tərəfindən müvafiq Avtoyuma partnyorunun reytinqi azaldıla bilər. Eyni xarakterli şikayətlər təkrarlanacağı halda, Administrasiya həmin Avtoyuma partnyorunun Tətbiqdəki hesabını müvəqqəti dondurmaq və ya tam bloklamaq hüququnu özündə saxlayır.
2.5. Avtoyuma partnyoru tərəfindən göstərilən Xidmətlər barədə İstifadəçilərdən daxil olan şikayətlər mütəmadi xarakter daşıdıqda, Administrasiya Avtoyuma partnyorunun Tətbiqdən istifadəsini müvəqqəti və ya daimi olaraq məhdudlaşdırmaq hüququna malikdir. Əgər Avtoyuma partnyoru 24 (iyirmi dörd) saat ərzində 3 (üç) Rezervasiyanı (sifarişi) ləğv edərsə və ya həmin Rezervasiyalar (sifarişlər) Avtoyuma partnyorunun fəaliyyətsizliyi səbəbindən sistem tərəfindən avtomatik ləğv olunarsa, Avtoyuma partnyorunun statusu müvəqqəti olaraq "Oflayn" rejiminə keçirilir. Bu mexanizm xidmət keyfiyyətinin qorunması məqsədini daşıyır və cərimə xarakteri daşımır. "Oflayn" rejimdə olan Avtoyuma partnyoru xəritədə və axtarış nəticələrində əks olunmur. Avtoyuma partnyoru fəaliyyətini bərpa etmək üçün Tətbiq üzərindən əl ilə "Onlayn" rejiminə keçid etməlidir.
2.6. Tətbiqdə qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd, təhqiredicidi və ya yersiz, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozan məlumatların yerləşdirilməsi qadağandır. İstifadəçinin Tətbiqdəki şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir.
2.7. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.
2.8. Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün Administrasiya Tətbiqdə İstifadəçilərin sayını məhdudlaşdırmaq, həmçinin Tətbiqdə Avtoyuma partnyorunun Tətbiqlə əlaqəli olan hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
2.9. Avtoyuma partnyoru tərəfindən Tətbiqdə yerləşdirilən bütün məlumatlar – o cümlədən məntəqənin adı, ünvanı, GPS koordinatları, iş saatları, xidmət qiymətləri, habelə doğrulama üçün təqdim olunan fotoşəkillər (selfi və məntəqə fotosu) mövcud qanunvericiliyə və bu Razılaşmaya uyğun olmalıdır.
2.10. Avtoyuma partnyoru həm Rezervasiyanın (sifarişin) vaxtında icrasına, həm də göstərilən xidmətin keyfiyyətinə görə birbaşa və tam məsuliyyət daşıyır. Müştərinin aşağı keyfiyyətli xidmət alması və ya xidmətin icra olunmaması ilə bağlı yaranan bütün iddialar üzrə məsuliyyət birbaşa Avtoyuma partnyorunun üzərinə düşür. Administrasiya Xidmətlərin faktiki icrasına və keyfiyyətinə müdaxilə etmir və buna görə məsuliyyət daşımır.
2.11. İstifadəçi aşağıdakıları öhdəsinə götürür:
2.11.1. Administrasiyanın yazılı icazəsi olmadan Tətbiqə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi;
2.11.2. Tətbiqin infrastrukturunu yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətlər etməməyi;
2.11.3. Administrasiyanın yazılı icazəsi olmadan Tətbiqdə olan istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
2.11.4. Tətbiqə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Tətbiqin işinə, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
2.11.5. Tətbiqdən istifadə etdiyi müddət ərzində Tətbiqə təqdim edilən bütün yeniləmələri, təkmilləşdirmələri və ya modulları quraşdırmağı və/və ya istifadə etməyi.
2.12. İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun Tətbiqdə hərəkətləri aşağıdakıları ehtiva etməməlidir:
2.12.1. yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
2.12.2. dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
2.12.3. oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma;
2.12.4. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;
2.12.5. hər hansı şəxsin şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları;
2.12.6. istənilən üçüncü tərəfə qarşı böhtan və ya təhdidləri;
2.12.7. cinayətin törədilməsinə çağırış, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
2.12.8. terror və ekstremist fəaliyyətə çağırış, imkan yaratmaq, dəstəkləmək;
2.12.9. ədəbsizlik və ya pornoqrafiya xarakterli məlumatlar;
2.12.10. ziyanın vurulmasına, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya Tətbiqin sistemi də daxil olmaqla, istənilən sistemin məlumatlarının və ya sistemin özünün, onun hissəsinin və ya fərdi məlumatların, başqa məlumatların mənimsənməsinə yönəldilmiş kompüter viruslarını, həmçinin də başqa kompüter proqramlarını;
2.12.11. üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını, fərdin təsvirinə hüququnu və üçüncü şəxslərin başqa istənilən hüquqlarını pozan;
2.12.12. bu Razılaşmanı və ya qüvvədə olan qanunvericiliyi başqa üsulla pozan.
2.13. İstifadəçilərin aşağıdakı hüquqları vardır:
2.13.1. İstifadəçi balansına minimum 1 AZN və maksimum 15 AZN məbləğində vəsait yatırmaq;
2.13.2. Göstərilən xidmət barədə Tətbiq vasitəsilə şikayət vermək;
2.13.3. Xidmət faktiki olaraq göstərilmədikdə tutulmuş komissiyanı geri almaq;
2.13.4. Xidmətin keyfiyyətinə dair müvafiq Avtoyuma partnyoru barədə rəy bildirmək və reytinq vermək.
2.14. Administrasiya istənilən vaxt istənilən İstifadəçinin fəaliyyətini bu Razılaşmada qeyd edilmiş qaydaları, həmçinin də başqa İstifadəçilərin hüquqlarını və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən dayandırmaq hüququna malikdir.
2.15. Administrasiya, Avtoyuma partnyorunun göstərişi olmadığı təqdirdə, Xidmətlər ilə əlaqəli Avtoyuma partnyoru tərəfindən təqdim olunan heç bir məlumatı dəyişməyəcəkdir. Bununla belə, Administrasiya, Avtoyuma partnyoruna əvvəlcədən məlumat verməklə Tətbiqin fəaliyyət məqsədlərinə uyğun olaraq İstifadəçilərin rəyləri əsasında Avtoyuma partnyorunun profil məlumatlarında zəruri dəyişikliklər edə bilər.
2.16. Administrasiya, İstifadəçilərin fərdi məlumatlarının məxfiliyini qorumağı öhdəsinə götürür. Məxfilik məsələləri ilə bağlı bütün tənzimləmələr Məxfilik razılaşmasında öz əksini tapmışdır.
2.17. İstifadəçilərə məxsus fərdi məlumatlar və geolokasiya göstəriciləri heç bir halda reklam və ya digər marketinq məqsədləri üçün üçüncü şəxslərə satılmır və ya kənar tərəflərə ötürülmür. Məlumatlar yalnız qanunvericiliyin tələbi ilə rəsmi dövlət orqanlarının müraciəti əsasında, qanunda nəzərdə tutulmuş qaydada təqdim edilə bilər.
3.1. Administrasiya, İstifadəçilərin təqdim etdiyi telefon nömrəsinə SMS mesajları və ya mobil tətbiq daxili bildirişlər (push notifications) göndərmək hüququna malikdir. Bu mesajlar Rezervasiyanın (sifarişin) təsdiqi, xidmət statusunun bildirilməsi və ya təhlükəsizlik məqsədləri daşıya bilər.
3.2. Tətbiqin tam və düzgün funksionallığını təmin etmək məqsədilə İstifadəçi tərəfindən cihazın aşağıdakı funksiyalarına giriş icazəsi verilir:
3.3. İstifadəçi qəbul edir və razılaşır ki, Tətbiq tərəfindən göndərilən bildirişlər və mesajlar həmçinin kommersiya məqsədli olar bilər – Avtoyuma partnyoru tərəfindən təklif olunan xüsusi xidmət şərtlərini, endirim aksiyalarını və loyallıq proqramlarını əks etdirə bilər. Bu mesajlar İstifadəçiyə daha münasib xidmət seçməkdə kömək etmək məqsədi daşıyır və kənar tərəflərin (üçüncü şəxslərin) reklam materiallarını ehtiva etmir.
3.4. Tətbiqdə dərc edilmiş mesajlar texniki imkanlar daxilində onların dərc edildiyi andan İstifadəçiyə çatdırılmış hesab edilir.
3.5. İstifadəçilər Tətbiqin istifadəsi zamanı yaranan çətinliklər, xidmət keyfiyyəti və ya digər texniki məsələlərlə bağlı tətbiqdaxili “Dəstək” bölməsi vasitəsilə Administrasiyaya müraciət edə bilərlər. Administrasiya daxil olan müraciətləri növbəlilik əsasında araşdırır və müvafiq tədbirlər görür.
3.6. İstifadəçi seçilmiş Avtoyuma partnyoru tərəfindən Rezervasiya (sifariş) təsdiqlənənə (qəbul edilənə) qədər istənilən vaxt Rezervasiyanı (sifarişi) birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Bu halda Rezervasiya (sifariş) üzrə İstifadəçidən tutulmuş komissiya haqqı dərhal və tam həcmdə İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır.
3.7. Rezervasiyaların (sifarişlərin) icrası, ləğv edilməsi və ya dəyişdirilməsi halları barədə həm İstifadəçi, həm də Avtoyuma partnyoru Tətbiq tərəfindən real-vaxt rejimində məlumatlandırılır. Administrasiya, bildirişlərin göndərilməsinə görə məsuliyyət daşısa da, İstifadəçinin və ya Avtoyuma partnyorunun internet bağlantısının zəif olması və ya cihaz tərəfindən bildirişlərin bloklanması səbəbindən yaranan gecikmələrə görə məsuliyyət daşımır.
3.8. Administrasiya Tətbiqdə mesajların göndərilməsi üzrə formadan İstifadəçilər və/və ya avtomatlaşdırılmış sistemlər (robotlar) tərəfindən istifadəyə görə məsuliyyət daşımır.
3.9. Administrasiya, başqa İstifadəçilər və/və ya robotlar tərəfindən Tətbiqin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən istifadəyə görə məsuliyyət daşımır.
4.1. İstifadəçi tərəfindən göndərilən Rezervasiya (sifariş) sorğusu Avtoyuma partnyoru tərəfindən Tətbiq üzərindən təsdiq edildiyi andan qəbul edilmiş hesab olunur.
4.2. Avtoyuma partnyoru daxil olan Rezervasiya (sifariş) sorğusuna 5 (beş) dəqiqə ərzində baxmalı və müvafiq qərarı (təsdiq və ya imtina) bildirməlidir. Müəyyən olunmuş vaxt ərzində cavablandırılmayan sorğular sistem tərəfindən avtomatik ləğv edilə bilər.
4.3. Rezervasiya (sifariş) təsdiqləndikdən sonra Avtoyuma partnyoru İstifadəçini təyin olunmuş vaxtda qəbul etməyi, İstifadəçi isə həmin vaxtda xidmət yerində olmağı öhdəsinə götürür.
4.4. Rezervasiya (safariş) qəbul edildikdən sonra Istifadəçi tərəfindən Tətbiq vasitəsilə ləğv edildiyi halda, sifariş üzrə tutulmuş komissiya geri ödənilmir.
4.5. Avtoyuma partnyoru Tətbiqdə nümayiş olunan bütün Xidmətlərin mövcudluğunu təmin etmək üçün bütün səyləri göstərməyi, həmçinin Xidmətlərin Tətbiqdə nümayiş olunan təsvirlərə, qiymətlərə və Müştərinin Rezervasiyasına (sifarişinə) tam uyğun olmasını təmin etməyi öhdəsinə götürür.
4.6. Avtoyuma partnyoru Xidmətlərin lazımi qaydada, yüksək keyfiyyətlə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, habelə sanitar-gigiyenik və texniki təhlükəsizlik normalarının tələblərinə uyğun şəkildə göstərilməsinə görə birbaşa məsuliyyət daşıyır.
4.7. Avtoyuma partnyoru Müştərinin Rezervasiya (sifariş) zamanı qeyd etdiyi xüsusi təlimatları və əlavə tələbləri (əgər bu tələblər Tətbiqdə təklif olunan xidmət çərçivəsindədirsə) yerinə yetirmək üçün bütün zəruri səyləri göstərməlidir.
4.8. Müştəri, avtoyuma məntəqəsində aldığı Xidmətlərin ödənişini birbaşa Avtoyuma partnyoruna həyata keçirir. Administrasiya belə xidmət haqqının qəbulunda iştirak etmir.
4.9. Tətbiq vasitəsilə göndərilən hər bir Rezervasiya (sifariş) üçün İstifadəçidən 1 (bir) AZN məbləğində komissiya tutulur. Administrasiya bu məbləği birtərəfli qaydada dəyişmək hüququna malikdir. Məbləğdə dəyişiklik edilməsi barədə İstifadəçilərə ən azı 1 (bir) ay öncədən tətbiqdaxili bildiriş vasitəsilə məlumat verilir.
4.10. Aşağıdakı hallarda 1 (bir) AZN məbləğində komissiya dərhal və avtomatik qaydada İstifadəçinin Tətbiqdəki balansına geri qaytarılır:
4.10.1. Rezervasiya (sifariş) Avtoyuma partnyoru tərəfindən qəbul edilmədikdə;
4.10.2. Rezervasiya (sifariş) daxil olduqdan sonra 5 (beş) dəqiqə ərzində Avtoyuma partnyoru tərəfindən cavablandırılmadıqda;
4.10.3. Rezervasiya (sifariş) təsdiqləndikdən sonra Avtoyuma partnyoru tərəfindən hər hansı səbəbdən ləğv edildikdə.
4.11. Rezervasiyanın (sifarişin) Avtoyuma partnyoru tərəfindən qəbul edilmədiyi hallarda İstifadəçiyə aşağıdakı bildiriş göndərilir: “Təəssüf ki, Avtoyuma hazırda sifarişinizi qəbul edə bilmir. Amma narahat olmayın, yaxınlıqdakı digər avtoyumaları dərhal görə bilərsiniz.”
4.12. Administrasiya İstifadəçiləri tətbiqdaxili qaydada aşağıdakı məsələlər barədə tam və şəffaf şəkildə məlumatlandırır:
4.13. Administrasiya daxil olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirilməsi və qaydaları pozan Avtoyuma partnyorlarına qarşı sanksiyaların (reytinqin azaldılması, hesabın dondurulması və s.) tətbiqi üçün müvafiq daxili mexanizmin işləməsini təmin edir.
5.1. Administrasiya Tətbiqin, onun dizaynının, interfeysinin, məzmununun və Tətbiqin fəaliyyətini təmin edən bütün proqram təminatının müstəsna mülkiyyətçisidir.
5.2. Tətbiq endirildikdən sonra Administrasiya İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan şəxsi, pulsuz, qeyri-eksklüziv lisenziya verir.
5.3. Belə lisenziya müstəsna olaraq İstifadəçiyə Tətbiqdən istifadə imkanının verilməsi və Tətbiqin funksiyalarına uyğun olaraq ondan faydalanmaq üçün nəzərdə tutulmuşdur.
5.4. Administrasiyanın yazılı icazəsi olmadan Tətbiqin (o cümlədən proqram təminatının) əqli mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.
6.1. İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi Avtoyuma partnyoru ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
6.2. İstifadəçi qeydiyyatdan keçərkən və ya Rezervasiya (sifariş) yaradarkən daxil etdiyi məlumatların (ad, avtomobil nömrəsi, əlaqə nömrəsi) Xidmətlərin icra edilməsi məqsədilə müvafiq Avtoyuma partnyoru üçün əlçatan olacağını anlayır və buna razılıq verir. Administrasiya bu məlumatların yalnız Xidmət göstərəcək tərəfə ötürülməsini və Tətbiqin daxilində təhlükəsiz saxlanılmasını təmin edir. Şəxsi məlumatlar kənar şəxslər üçün açıq girişdə yerləşdirilmir.
6.3. İstifadəçi anlayır və qəbul edir ki, Xidmətin göstərilməsi üçün təqdim edilən əlaqə məlumatları (avtomobil nömrəsinin son üç rəqəmi və avtomobilin rəngi, ad və s.) Tətbiq tərəfindən Rezervasiyanı (sifarişi) təsdiqləmiş Avtoyuma partnyoruna ötürülür. Administrasiya məlumatların təhlükəsiz ötürülməsi üçün bütün texniki tədbirləri görsə də, məlumatlar ötürüldükdən sonra onların Avtoyuma partnyoru tərəfindən istifadəsinin istənilən nəticələrinə və əlaqədar risklərə görə Administrasiya məsuliyyət daşımır. İstifadəçi bu cür hallarla qarşılaşdıqda dərhal "Dəstək" bölməsi vasitəsilə Administrasiyanı məlumatlandırmalıdır.
6.4. Administrasiya, İstifadəçilər və Avtoyuma partnyorları arasında bağlanmış sazişlərin icrasına, xidmətin göstərilməsi zamanı yaranan hər hansı maddi və ya mənəvi ziyana, əldən çıxmış faydaya, maliyyə itkilərinə və ya tərəflərin bir-birinə vurduğu digər zərərlərə görə məsuliyyət daşımır. Bütün iddialar birbaşa olaraq Avtoyuma partnyoruna və ya zərər vuran tərəfə qarşı irəli sürülməlidir.
6.5. Administrasiya heç bir halda Avtoyuma partnyorunun və ya onun işçilərinin işəgötürəni, nümayəndəsi və ya səlahiyyətli vəkili qismində çıxış etmir.
6.6. Administrasiyanın hər hansı iddia üzrə ümumi məsuliyyəti, komissiya məbləği ilə məhdudlaşır. Administrasiya yalnız qəsdən törədilmiş və məhkəmə qaydasında sübuta yetirilmiş birbaşa zərərlərə görə məsuliyyət daşıya bilər.
6.7. İstifadəçi razılaşır ki, Avtoyuma partnyorları ilə yaranan bütün mübahisələr (xidmətin keyfiyyəti, ödəniş məbləği, avtomobilə dəyən zərər və s.) Administrasiyanı cəlb etmədən, birbaşa tərəflər arasında həll edilməlidir. Administrasiya bu mübahisələrdə tərəf, hakim və ya zamin qismində çıxış etmir.
6.8. Administrasiya kiberhücumlar, proqram təminatındakı boşluqlar və ya üçüncü şəxslərin digər qanunsuz hərəkətləri nəticəsində Administrasiyanın iradəsindən kənar olaraq İstifadəçi məlumatlarına icazəsiz girişin baş verməsinə görə məsuliyyət daşımır.
6.9. İstifadəçi qəbul edir ki, Administrasiya Tətbiqdəki məzmun, Avtoyuma partnyorları tərəfindən təklif olunan Xidmətlər və ya bu məlumatlardan istifadə nəticəsində yaranan dolayı zərərlərə görə heç bir öhdəlik daşımır. Tətbiqdə təqdim olunan məlumatlar yalnız istiqamətverici xarakter daşıyır.
6.10. Administrasiya, üçüncü şəxslər tərəfindən Tətbiqə ötürülə bilən hər hansı texniki nasazlıqlara, proqram xətalarına, viruslara, "baq"lara (bugs) və ya tətbiqin fəaliyyətində yaranan müvəqqəti kəsintilərə və bunların nəticəsində meydana gələ biləcək istənilən cür zərərlərə görə məsuliyyət daşımır.
6.11. İstifadəçi, Tətbiqdən istifadə zamanı bu Razılaşmaya və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun hərəkət etməyi öhdəsinə götürür. İstifadəçi öz hərəkətləri və ya hərəkətsizliyi (məsələn, saxta Rezervasiya (sifariş) vermək, avtoyuma məntəqəsində qaydaları pozmaq) nəticəsində yaranan bütün hüquqi məsuliyyəti şəxsən daşıyır.
6.12. İstifadəçinin hüquqları digər tərəf tərəfindən pozulduqda, zərərçəkmiş tərəf Administrasiyaya rəsmi şikayət (tətbiqdaxili dəstək vasitəsilə) göndərə bilər. Administrasiya şikayəti araşdıraraq, qaydaları pozan tərəfin fəaliyyətini məhdudlaşdırmaq, profilini bloklamaq və ya zərurət yarandıqda məlumatları aidiyyəti dövlət orqanlarına (polis, məhkəmə və s.) təqdim etmək hüququnu özündə saxlayır.
7.1. Vasitəçi Xidmətlərdən istifadə və onların faktiki icrası ilə bağlı müraciətləri araşdırarkən aşağıdakı vasitələrdən istifadə edə bilər:
Hazırkı Razılaşma İstifadəçinin Tətbiqdə qeydiyyatdan keçdiyi andan qüvvəyə minir. İstifadəçinin qeydiyyatdan keçməsi Razılaşmanın şərtlərini tam və qeyd-şərtsiz qəbul etməsi hesab olunur. Razılaşma İstifadəçi tərəfindən Tətbiqdə Şəxsi kabinetinin saxlanıldığı bütün müddət ərzində qüvvədə qalır.
9.1. İstifadəçi istənilən vaxt Tətbiqin daxilindəki müvafiq funksionallıq vasitəsilə Şəxsi kabinetini silmək hüququna malikdir. İstifadəçi hesabının silinməsi yalnız tətbiqin Dəstək bölməsi vasitəsilə müraciət edildikdən sonra həyata keçirilir. Hesab silindikdən sonra İstifadəçi tətbiqdən istifadə edə bilməz, onun Rezervasiya (sifariş) tarixçəsi, rəyləri və digər fərdi məlumatlarına girişi dayandırılır. Administrasiya silinmiş hesabın və ona bağlı məlumatların bərpasını təmin etmir.
9.2. Administrasiya aşağıdakı hallarda hesabın silinməsini müvəqqəti olaraq təxirə salmaq hüququnu özündə saxlayır:
9.2.1. Şəxsi kabinet üzrə hələ tamamlanmamış (aktiv) Rezervasiya (sifariş) və ya maliyyə əməliyyatı mövcud olduqda;
9.2.2. İstifadəçi ilə Avtoyuma partnyoru arasında araşdırma mərhələsində olan mübahisə və ya şikayət prosesi davam etdikdə;
9.2.3. Qanunvericiliyin tələbi ilə (məsələn, vergi və ya maliyyə hesabatlılığı üçün) müəyyən məlumatların saxlanılması zəruri olduqda.
9.3. Şəxsi kabinet silinsə belə, Administrasiya hüquqi öhdəlikləri yerinə yetirmək və ya saxtakarlıqla mübarizə məqsədilə bəzi anonimləşdirilmiş məlumatları öz daxili arxivində qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlaya bilər.
10.1. Mübahisələrin yarandığı halda bu Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Bu Razılaşmanın və Xidmətlərin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
10.2. Bütün mübahisələrə dair müstəsna olaraq Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
10.3. Bu Razılaşmaya edilmiş istənilən əlavə və dəyişiklik Razılaşmanın yeni redaksiyası Tətbiqdə dərc edilməsi tarixindən qüvvəyə minir.
10.4. Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, partnyorluq münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlərin, işəgötürmə münasibətlərinin və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin yaranması kimi anlaşıla və təfsir edilə bilməz.
10.5. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya icra edilə bilinməyən kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
10.6. Razılaşmanın müddəalarının İstifadəçi tərəfindən pozulması halında Administrasiya tərəfindən nümayiş edilən hərəkətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətlər etmək hüququndan məhrum etmir.
10.7. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər fərdi qaydada tənzimlənir.
İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış olmuşdur və onları qeyd-şərtsiz tam həcmdə qəbul edir.