1.1. Hazırkı Məxfilik Siyasəti MOYGO tətbiqindən istifadə üçün Avtoyuma partnyorları ilə Administrasiya arasında bağlanılmış Əməkdaşlıq Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Ayrı qayda nəzərdə tutulmadığı halda, burada istifadə olunan bütün anlayışlar Əməkdaşlıq Müqaviləsində müəyyən olunduğu formada başa düşülməlidir.
Bu Məxfilik siyasətində istifadə olunan fərdi məlumat anlayışı həmçinin “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanununa əsasən kommersiya sirri hesab olunan məlumatları da əhatə edir.
1.2. Əlaqə: kheyderli282@gmail.com / +994 10 417 24 95
Ərazi: Azərbaycan Respublikası (xidmət yalnız Azərbaycanda istifadə üçün nəzərdə tutulub)
1.3. Hazırkı Məxfilik Siyasəti Avtoyuma partnyorunun fərdi məlumatlarının toplanılması və işlənilməsi qaydalarını, həmçinin fərdi məlumatların məxfilik rejimini və qaydalarını müəyyən etməkdir. Avtoyuma partnyorundan toplanan məlumatlar Azərbaycan Respublikasının “Fərdi Məlumatlar haqqında” qanununa (“Qanun”) uyğun olaraq, Avtoyuma partnyorunun razılığı əsasında toplanılır və işlənilir. Avtoyuma partnyorunun Qanuna uyğun olaraq onlar barəsində toplanılan məlumatın siyahısı, məlumatın toplanma məqsədi və onlarla aparılan əməliyyatların siyahısı barədə məlumat almaq, onun fərdi məlumatlarının toplanması və işlənməsinə qadağa qoymaq və/və ya toplanmış və işlənmiş fərdi məlumatlarının məhv edilməsini tələb etmək hüququ vardır. Avtoyuma partnyoru onun fərdi məlumatlarının toplanması və işlənməsinə qadağa qoyulmasını tələb etdiyi zaman Veb-səhifədən istifadəsinin tam və ya qismən məhdudlaşdırıla biləcəyini başa düşür və qəbul edir. Bu hüquqların həyata keçirilməsi üçün İstifadəçi tətbiqdaxili “Dəstək” bölməsi vasitəsilə Administrasiyaya müraciət edə bilər. Müraciətlər qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə nəzərdən keçirilir.
1.4. Avtoyuma partnyorunun fərdi məlumat bazası Administrasiyanın ünvanı üzrə yerləşir.
1.5. Fərdi məlumatlar Bazasının sərəncamçısı Administrasiyadır.
1.6. Avtoyuma partnyoru kimi Tətbiqdə qeydiyyat zamanı və ya göndərmələrə abunə yazılma zamanı, həmçinin də Tətbiqdən istifadənin başqa hallarında, Avtoyuma partnyoru Administrasiyaya məlumatları, o cümlədən fərdi məlumatları verir. Məlumatın toplanması həmçinin Tətbiqin Avtoyuma partnyorları arasında sorğuların keçirilməsi yolu ilə həyata keçirilə bilər. Avtoyuma partnyorlarının sorğularda iştirakı könüllü qaydada həyata keçirilir.
1.7. Avtoyuma partnyoru Tətbiqə özü haqqında fərdi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin fərdi məlumatların Administrasiya tərəfindən saxlanmasına, işlənməsinə, işlənməsi üçün onların Administrasiyanın tapşırığı ilə hərəkət edən üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
1.8. Fərdi məlumatların işlənməsinin məqsədləri, o cümlədən, aşağıdakılardır:
1.8.1. Tətbiqin, onun xidmətlərinin fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;
1.8.2. Göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;
1.8.3. Tətbiqin və ya üçüncü şəxslərin informasiya alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);
1.8.4. Avtoyuma partnyorlarının və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qabağının alınması;
1.8.5. Qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təmin olunması.
1.9. Tətbiq Avtoyuma partnyoru haqqında aşağıdakı məlumatları toplayır:
1.9.1. Tətbiqdən istifadə zamanı Avtoyuma partnyoru tərəfindən birbaşa daxil edilən və ya texniki üsullarla toplanan məlumatlara aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: ad və soyad müəssisənin adı, telefon nömrəsi, ünvanı, cihazın geolokasiya (GPS) koordinatları iş saatları/istirahət günləri saat başı rezervasiya sayı və təqdim olunan ünvan məlumatları , fotolar.
İstəyə bağlı məzmun: reytinqlər/rəylər; yüklənmiş fotolar.
Tətbiq icazələri:
İcazələr tətbiq daxilində soruşulur və əməliyyat sisteminin ayarlarından dəyişdirilə bilər.
1.9. Avtoyuma partnyoru təqdim etdiyi bütün məlumatların dəqiqliyinə, həqiqiliyinə və qanuniliyinə görə şəxsən məsuliyyət daşıyır. Tətbiq bu məlumatların emalını yalnız Xidmətin göstərilməsi (o cümlədən Firebase vasitəsilə bildirişlərin göndərilməsi) məqsədilə həyata keçirir.
1.10. Tətbiq Avtoyuma partnyorunun fərdi məlumatlarını qeyri-qanuni müdaxilələrdən qorumaq üçün ağlabatan texniki tədbirlər görsə də, Avtoyuma partnyoru öz profil məlumatlarını və giriş şifrələrini üçüncü şəxslərə ötürməməli və platformadan istifadə zamanı daxil etdiyi informasiyanın açıqlanmasından irəli gələn riskləri qəbul etməlidir.
1.11. Xidmətlər hüquqi olaraq müqavilə bağlaya bilən şəxslər üçün nəzərdə tutulub (adətən 18 yaş və yuxarı). Valideyn və ya qanuni qəyyum azyaşlının təqdim etdiyi fərdi məlumatların silinməsini tələb edə bilər. Bu məqsədlə valideyn/qəyyum Tətbiqdaxili “Dəstək” bölməsi vasitəsilə Administrasiyaya müraciət edə bilər.
1.12. Ərazi barədə bildiriş Tətbiq və onun xidmətləri yalnız Azərbaycan Respublikasında təklif olunur. Azərbaycan xaricində yerləşən istifadəçilər Xidmətlərdən istifadə etməməlidir.
1.13. Tətbiq, həmçinin də Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü, məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, həmçinin də cinsi həyata aid olan məlumatları toplamır və işləmir.
1.14. Administrasiya Avtoyuma partnyorunun belə icazəni verdiyi, həmçinin də bu Məxfilik Siyasəti ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxslərə Avtoyuma partnyoru tərəfindən təqdim edilmiş heç bir fərdi və ya başqa məlumatları vermir.
1.15. Bununla belə, Administrasiya bəzi hallarda bəzi məlumatları bu Məxfilik Siyasətinin tələblərinə uyğun olaraq Tətbiqlə əməkdaşlıq edən və ya Administrasiya ilə bağlı olan şəxslərə verə bilər.
1.16. Administrasiya Tətbiqdən istifadə prosesində Avtoyuma partnyoru tərəfindən verilmiş istənilən məlumatları, o cümlədən fərdi məlumatları satmır və ya icarəyə vermir.
1.17. Avtoyuma partnyoru Tətbiqdən istifadə prosesində verdiyi fərdi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
1.18. Avtoyuma partnyoru təqdim etdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
1.19. Tətbiq və Administrasiya Avtoyuma partnyorunun fərdi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli tədbirləri tətbiq edir.
1.20. Tətbiq tərəfindən toplanmış və işlənilmiş bütün fərdi məlumatlar kənar müdaxilələrdən qorunan, müasir şifrləmə standartlarına malik təhlükəsiz serverlərdə (Firebase və s.) saxlanılır. Bu məlumatlara giriş yalnız korporativ şəbəkə daxilində və məhdud icazə əsasında həyata keçirilir.
1.21. Administrasiyanın Avtoyuma partnyorunun şəxsi və digər məlumatlarına giriş səlahiyyəti olan bütün əməkdaşları fərdi məlumatların gizliliyinin qorunması və üçüncü şəxslərə yayılmaması barədə hüquqi öhdəlik (NDA) imzalamışdırlar.
1.22. Administrasiya məlumatların təhlükəsizliyini təmin etmək üçün proqram təminatı və infrastruktur səviyyəsində bütün zəruri təhlükəsizlik protokollarını tətbiq edir, lakin müasir kiber-təhdidlərin mürəkkəbliyini nəzərə alaraq, məlumatların mütləq toxunulmazlığına dair tam zəmanət vermir və bu istiqamətdə risklərin minimuma endirilməsi üçün daimi monitorinq həyata keçirir.
1.23. İstifadəçilərə aid fərdi məlumatlar istifadəçi hesabı aktiv olduğu müddət ərzində saxlanılır və yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlər üçün istifadə olunur. İstifadəçi hesabını sildikdə və ya fərdi məlumatlarının silinməsini tələb etdikdə, müvafiq məlumatlar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ağlabatan müddət ərzində silinir və ya anonimləşdirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda məlumatlar daha uzun müddət saxlanıla bilər.
2.1. Tətbiq, Avtoyuma partnyorlarının təcrübəsini təkmilləşdirmək, sessiyaları idarə etmək və tətbiqin fəaliyyətini analiz etmək məqsədilə ənənəvi brauzer kukiləri (Cookies) yerinə, Avtoyuma partnyorlarının giriş məlumatlarını (Login), dil seçimini və tətbiqdaxili fərdi nizamlamalarını cihazda təhlükəsiz saxlayan Lokal Yaddaş (SharedPreferences / Local Storage) kimi müasir izləmə texnologiyalarından istifadə edir.
2.2. Administrasiya tətbiqdaxili bildirişlərin (Push Notifications) effektivliyini ölçmək üçün kiçik elektron fayllardan (veb-mayaklar) istifadə edə bilər. Bu texnologiya vasitəsilə mesajın açılıb-açılmaması və ya hansı linklərə kliklənməsi barədə anonim statistik məlumatlar toplanılır.
2.3. Tətbiq öz funksionallığını və təhlükəsizliyini təmin etmək məqsədilə tətbiqin çökmə hesabatları (Crashlytics), istifadəçi analitikası və anlıq bildirişlərin çatdırılması üçün Firebase (Google) texnologiyalarından istifadə edir.
2.4. Avtoyuma partnyoru cihazın sazlamalar bölməsindən tətbiqin geolokasiya, kamera və bildiriş icazələrini istədiyi vaxt ləğv edə bilər. Lakin nəzərə alınmalıdır ki, lokal yaddaş fayllarının və ya zəruri identifikatorların bloklanması Tətbiqin bəzi funksiyalarının düzgün işləməməsinə səbəb ola bilər.
2.5. Bu texnologiyalar vasitəsilə toplanan məlumatlar heç bir halda üçüncü tərəflərə satılmır və yalnız Tətbiqin daxili xidmət keyfiyyətinin artırılması üçün istifadə olunur.
3.1. Administrasiya Məxfilik Siyasətinə istənilən zaman birtərəfli qaydada dəyişikliklər edə bilər. əhəmiyyətli dəyişikliklər tətbiq/Admin Panel vasitəsilə bildiriləcək.
3.2. Əgər Avtoyuma partnyoru edilmiş dəyişikliklərlə razı deyilsə, o Tətbiqdən istifadəni dayandırmalıdır. Əgər Avtoyuma partnyoru Tətbiqdən istifadə etməyə davam edirsə, o bütün dəyişiklikləri qəbul etmiş hesab olunur.